RU

Yasa gedənlər ağır qəzaya düşdü; sürücü və sərnişin öldü VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yasa gedən qohumlar ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Amasiya şəhərində baş verib. Məlumata görə, İstanbuldan Ordu şəhərinə qohumunun dəfn mərasiminə gedən Zəfər Bozqurd və Ümid Çatanakının olduğu 34-FN-7454 nömrə nişanlı avtomobil Amasiyanın Taşova rayonunun Şahinlər kəndi yaxınlığında idarəetmədən çıxaraq 32-ADA-465 nömrə nişanlı yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən avtomobil yarıya kimi maşının yük yerinin altına girib.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər.

Qəza ilə bağlı araşdırma başlanılıb.

Namiq Musayev

Oxunub 10

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
avtosfer.az

1Источники