Çin Ukraynaya yeni humanitar yardım göstərməyə hazırdır.
Qaziler.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi nazirliyin mətbuat xidmətindən sitat gətirərək bildirib.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşündə o, Çin-Ukrayna münasibətlərinin düzgün istiqamətdə inkişaf etməli olduğunu qeyd edib.
"Çin Ukraynaya yeni humanitar yardım göstərməyə hazırdır", - Vanq Yi deyib.
Sibiqa öz növbəsində bildirib ki, Çin Ukraynadakı münaqişənin "ədalətli" şəkildə sona çatmasında mühüm rol oynaya bilər. O, həmçinin Vanq Yini Ukraynaya səfərə dəvət edib və Çindən qarşılıqlı dəvət alıb. Ukraynalı nazir səfər görüşlərin vaxtı ilə bağlı heç bir təfərrüat açıqlamayıb.
QAZİLER.AZ