RU

Okeanda şirin su tapılıb

Okeanın dibində qumun altında böyük şirin su yataqları aşkar edilib.

News365.az xəbər verir ki, araşdırmaçılar okeanın dibində, qumun 200 metr altında şirin su yataqları aşkar ediblər. Bu kəşf əvvəlcə yalnız nəzəriyyə səviyyəsində mövcud olsa da, aparılan araşdırmalar suların reallığını təsdiqləyib.

Təxminlərə görə, bu şirin su yataqları quru sahələrindəki şirin su ehtiyatlarından qat-qat böyük ola bilər. Mütəxəssislər bildirirlər ki, bu sular son buz dövründə dəniz səviyyəsinin daha aşağı olduğu zamanlarda yerin altına sızan yağış və qar sularıdır.

Kəşf okean dibindəki su ehtiyatlarının miqyasını anlamaq və qlobal su ehtiyatları üzrə tədqiqatları genişləndirmək baxımından əhəmiyyətlidir.

Избранный
19
news365.az

1Источники