RU

Merz Rusiya və Avropanın gücünü müqayisə etdi

BAKI, 13 fevral. TELEQRAF

"Avropa Birliyinin ÜDM-i Rusiyada təxminən on dəfə çoxdur, amma bu gün Avropa Rusiyadan on dəfə güclü deyil".

Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Münhen Təhlükəsizlik Konfransında bildirib.

Siyasətçi bildirib ki, Avropa ölkələri hərbi, siyasi və texnoloji potensiallarından tam istifadə etmirlər. Merz hesab edir ki, bunu düzəltmək üçün şüurun yenidən istiqamətləndirilməsi zəruridir.

Kansler həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə dialoqa etiraz etmir, lakin eyni zamanda Moskvanın hələlik əsaslı danışıqlara hazır olmadığına inanır.

Избранный
132
teleqraf.com

1Источники