RU

Hərbi Hava Qüvvələrində yoxlamalar keçirildi

Hərbi Hava Qüvvələrində (HHQ) inspeksiya yoxlamaları keçirilib.

Publika.az xəbər verir ki, şəxsi heyətə və maddi tədris bazasına sıra baxışları keçirildikdən sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib, uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.

Избранный
35
19
publika.az

10Источники