Bakı. Trend:
"Fənərbaxça" Türkiyə Super Liqasının 22-ci turu çərçivəsindəsəfərdə "Trabzonspor"un qonağı olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisivacib oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Arçi Braunla yarımmüdafiəçi Edson Alvares Trabzonsəfərində komanday kömək edə bilməyəcək. Hər iki futbolçuzədəlidir. Onların adı səfərə aparılan heyətə daxil edilməyib.
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" qarşılaşması sabahkeçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.