RU

Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Bolqarıstana bitumlu süxurlardan əldəedilmiş 92,3 milyon ABŞ dolları dəyərində 169,5 min ton xam neft vəneft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində bu 46,3 milyon dollar və ya 2 dəfə, həcm baxımından isə88,6 min ton və ya 2,1 dəfə artım deməkdir.

2024-cü ildə Azərbaycandan Bolqarıstana 46 milyon ABŞ dollarıdəyərində 80,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlusüxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyərifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydəalınıb.

Məqalədə:
Избранный
161
3
az.trend.az

10Источники