RU

KİV: Avropa ölkələri ABŞ dan asılı olmayan öz nüvə çəkindiriciliyini qurma imkanlarını müzakirə edir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bir qrup Avropa ölkəsi ABŞ-ın dəstəyinə tam əmin olmadıqları üçün öz nüvə çəkindiriciliyini qurmaq variantlarını müzakirə etməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Avropa ölkələri Soyuq müharibə dövründən bəri ilk dəfə dünyanın ən böyük nüvə arsenalına malik Rusiyanın təhdidlərinə qarşı ABŞ-dan asılı olmayan öz nüvə çəkindiriciliyi potensialını yaratmaq imkanlarını müzakirə edir.

Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında çıxışında bildirib ki, o, Fransa Prezidenti Emmanuel Makronla Avropa ölkələri üçün ortaq nüvə “çətiri” yaratmaq barədə danışıqlar aparır.

Merts vurğulayıb ki, bu danışıqlar NATO-nun təminatını ləğv etmək məqsədi daşımır, əksinə, Avropanın müdafiəsini gücləndirmək niyyətini göstərir: “Biz bunu NATO-nu nəzərə almadan etmirik. Biz bunu Alyans çərçivəsində güclü və özünütəminli Avropa dayağı yaratmaqla edirik”, – kansler çıxışında bildirib.

O həmçinin qeyd edib ki, dünya yeni reallığa qədəm qoyur və Avropa bu vəziyyəti qəbul edib ona uyğunlaşmalı, eyni zamanda öz dəyərlərini qorumağa davam etməlidir.

Qeyd edəki, hazırda Avropa ölkələri arasında nüvə silahına yalnız Fransa və Böyük Britaniya malikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
4
apa.az

5Источники