RU

Yatmazdan öncə bunları yemək olmaz

Vərdişlərimizin çoxu sağlamlığa zərərlidir və yuxunun pozulmasına səbəb olur.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Healthy Diet Base" mərkəzinin mütəxəssisləri yatmazdan əvvəl yeməkdən çəkinməli olduğunuz qidaların siyahısını tərtib ediblər.

1. Şokolad
Tərkibində stimullaşdırıcı təsir göstərən kofein var.

2. Acılı qidalar
Onları həzm etmək çətindir və axşam yaxınlaşdıqca həzm yavaşlayır. Dietoloqlar deyirlər ki, gecələr bədən həzm üçün deyil, istirahət üçün proqramlaşdırılıb, buna görə də yatmazdan əvvəl ədviyyatlı qidalar yemək yuxunun pozulması riskini artırır.

3. Alkoqol
Yatmazdan əvvəl spirtli içki qəbul edən insanların gecə tez-tez oyanma riski yüksəkdir.

4. Meyvə və tərəvəzlər
Bunlardan da çəkinmək lazımdır, çünki bədənin həzm üçün deyil, gecə istirahətinə ehtiyacı var.

5. Yağlı qidalar
Onlar yuxusuzluğa meyllik yaradır. Həkimlər xəbərdarlıq edirlər ki, şam yeməyi üçün bir dilim pizza və ya hamburger nə qədər iştahaaçan görünsə də, onlardan çəkinmək lazımdır, çünki bu cür qidalar yuxu problemlərinə səbəb ola bilər.

QAZİLER.AZ

Избранный
24
qaziler.az

1Источники