RU

Ermənistan - Azərbaycan sərhədinə gətirilmiş "casus missiyası" ömrünü başa vurur....



"Ermənistan hakimiyyəti Avropa İttifaqının mülki monitorinq missiyasının Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə qədər işini davam etdirməsini istəyir. Lakin missiyanın mandatının uzadılması ilə bağlı heç bir müzakirə yoxdur". Bunu missiyanın rəhbəri Markus Ritter Ermənistandakı missiyasını başa vurması münasibətilə jurnalistlərə açıqlamasında bildirib.

Avropa İttifaqının mülki monitorinq missiyasınınhazırkı mandatı gələn ilin fevral ayında bitir.Xatırladaq ki, Ermənistana Avropa İttifaqının mülki monitorinq missiyası 20 fevral 2023-cü ildə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində iki illik
mandatla fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə missiyanın mandatı daha iki il uzadılıb.
Avropa İttifaqının mülki monitorinq missiyası Qafan, Gorus, Cermuk, Yexidnadzor, Martuni və İcevandakı altı əməliyyat bazasından patrul xidməti həyata keçirir. Rəsmi açıqlamaya görə, missiyanın məqsədi Ermənistanın sərhəd bölgələrində vəziyyəti sabitləşdirmək, münaqişə zonalarında yaşayan insanlar üçün etimad və təhlükəsizliyi gücləndirmək, eləcə də Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır. Müşahidələr və təhlillər də göstərir ki, missiya bu vaxta kimi şübhəli məqsədlər üçün yarımhərbi əməliyyat fəaliyyəti həyata keçirir və müəyyənQərb ölkələrinin əlində regionda təsir aləti kimi istifadə olunur. Missiyanın fəaliyyəti ilə bağlı Ermənistanla Avropa İttifaqı arasında razılaşmalar vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz bu razılıqlarla missiyaya Ermənistan ərazisində ən əlverişli fəaliyyət rejimi və hərəkət azadlığı verilib. Missiyanın ixtiyarında olan vasitələr kəşfiyyat məlumatlarının toplanması, ötürülməsi üçün də çoxsaylı imkanlar vəd edir. Özü də onun hazırladığı hesabatlar məxfidir, fəaliyyətinə isə heç Ermənistan da nəzarət etmir. Ümumiyyətlə, yayılan məlumatlar, aparılan təhlillərin nəticələri göstərir ki,Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası daha çoxhərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur.

Ramil QULİYEV

Избранный
15
baki-xeber.com

1Источники