RU

Merz: Rusiya yalnız tükəndikdə müharibəni dayandıracaq

"Rusiya ciddi sülh danışıqlarına hazırlaşdığını göstərmir və Ukraynaya qarşı müharibəni yalnız hərbi və iqtisadi baxımdan tükəndikdə dayandıracaq. Bu mərhələ hələ tam çatmayıb, lakin yaxınlaşır".

Turkustan.az xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Fridrix Merts cümə günü Münhen Təhlükəsizlik Konfransının açılışında bildirib.

“Şəxsi fikrimcə, bu müharibə Rusiya ən azı maliyyə, potensial olaraq isə hərbi baxımdan tükənəndə başa çatacaq. Biz bu nöqtəyə yaxınlaşırıq. Buna nail olmaq üçün çox iş görmüşük. Amma hələ həmin həddə çatmamışıq. Rusiya Ukraynaya qarşı bu dəhşətli müharibəni dayandırmalıdır”, – deyə kansler vurğulayıb.

O bildirib ki, Rusiyanı müharibəni davam etdirməkdə heç bir üstünlük görməyəcəyi nöqtəyə çatdırmaq üçün birgə səylər vacibdir.

Merz qeyd edib ki, müharibə artıq İkinci Dünya müharibəsindən daha uzun sürür və ona son qoymaq məsuliyyəti Rusiyanın üzərinə düşür. Bununla belə, müharibəni yalnız ABŞ, Avropa və Ukraynanın birgə – hərbi, iqtisadi, siyasi və diplomatik – səyləri dayandıra bilər.

“Rusiyanın bu müharibəni dayandırmaq imkanı var. Amma Amerika, Avropa və Ukraynanın birlikdə Rusiyanı bu həddə çatdırmaq, müharibəni dayandırmaq imkanı da var. Biz bunun üçün əlimizdən gələni etməliyik – hərbi, iqtisadi, siyasi və diplomatik vasitələrlə”, – deyə Almaniya hökumətinin başçısı əlavə edib.

Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Rusiya ilə Avropa arasında dialoqun mümkünlüyünü şərh edən Merz bunun məntiqli olduğunu bildirib. Lakin o vurğulayıb ki, əvvəlcə Rusiya təcavüzə son qoymağa və sülh danışıqlarına həqiqətən hazır olduğunu nümayiş etdirməlidir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
1
turkustan.az

2Источники