RU

Altı saat fasiləsiz ağladı -FOTO

Türkiyənin məşhur aktyoru İbrahim Çelikkol çəkilişlərinə başlanılan yeni serialda altı saat fasiləsiz ağlayıb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb NOW telekanalında yayımlanacaq “Doktor: Başka hayatta”da təsirli səhnənin çəkilişi olub.

Belə ki, aktyorun performansı çəkiliş qrupuna da dərin təsir edib, hətta bəziləri göz yaşlarını saxlaya bilməyiblər. Çelikkolun roluna qarşı intensiv fiziki və emosional hazırlığı serialın atmosferinə birbaşa təsir edən elementlərdən hesab olunub. Aktyorun obrazla əlaqəsi və səhnəyə sərf etdiyi səy artıq “mövsümün ən iddialı performanslarından biri” kimi təsvir olunur.

Treylerləri ilə diqqəti cəlb edən “Doktor: Başka hayatta”nın dramatik süjeti və güclü aktyor heyəti ilə ən çox müzakirə edilən layihələrdən biri olacağı gözlənilir. 

Serialda baş rolları İbrahim Çelikkol, Sıla Türkoğlu, Bertan Asllani və Şebnem Hassanisughin canlandıracaq.





Избранный
17
redaktor.az

1Источники