RU

Ayın ən yaxşısı o, seçildi

Yazını böyüt
Yazını kiçilt

“Mançester Yunayted”in baş məşqçisi Michael Carrick İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı çalışdırıcısı seçilib.

Hafta.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti açıqlama yayıb.

Kerrikin rəhbərliyi altında komanda yanvar ayında iki vacib qələbə qazanıb. “Qırmızı şeytanlar” səfərdə Arsenal F.C.ı 3:2, evdə isə Manchester City F.C.ni 2:0 hesabı ilə məğlub edib. Hər iki rəqib hazırda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb.

44 yaşlı mütəxəssis yanvarın 13-dən etibarən Mançester təmsilçisinə rəhbərlik edir.

Qeyd edək ki, Kerrik futbolçu kimi “Mançester Yunayted”lə beş dəfə Premyer Liqa çempionluğu yaşayıb, həmçinin Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Kubokunun qalibi olub.

Избранный
27
hafta.az

1Источники