Tarix bəzən eyni ssenarini fərqli aktyorlarla yenidən oynayır. Bir dövrdə bu rol Sürət Hüseynovun adına yazıldı, bu gün isə oxşar ittihamlar Ramiz Mehdiyev ətrafında dolaşır.Sürət Hüseynov tarixə dövlət çevrilişinə cəhd edən, Azərbaycanın suverenliyini xarici güclərin orbitinə sürükləməkdə ittiham olunan fiqur kimi düşdü. O, silahlı güc və açıq xaos dili ilə danışırdı. Dövrün siyasi yaddaşında bu, “Rusiyaya bağlılıq” iddiaları ilə müşayiət olundu.Bu gün Ramiz Mehdiyev haqqında səslənən ittihamlar fərqli formadadır, amma mahiyyət oxşardır. Açıq meydan yox, qapalı kabinetlər; silah yox, ideoloji və institusional təsir. Dövlət çevrilişinə cəhd iddiaları və “Rusiyanın adamı” olması barədə rəsmi iddialar onu da eyni simvolik xəttə gətirir.Burada əsas məsələ adlar deyil. Əsas məsələ budur: dövlətin içindən dövlət yaratmaq cəhdi harada olursa-olsun, istər tankla, istərsə də başqa-başqa təsir mexanizmləri ilə - eyni təhlükəni daşıyır. Xarici gücə söykənən daxili ambisiya həmişə suverenliyin zəifləməsi ilə nəticələnir.Sürət Hüseynov bu yolun sərt və səsli versiyası idi. Ramiz Mehdiyev isə səssiz modeldir. Fərqli dövrlər, fərqli üsullar - amma eyni siyasi xəstəlik.Tarix isə adətən bu cür fiqurları fərqli cümlələrlə deyil, eyni hökm ilə xatırlayır : XAİNNicat DağlarMissiya.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта