RU

Zelenski 91 gəmiyə sanksiya tətbiq etdi

Ukrayna lideri Volodimir Zelenski Rusiyanın "kölgə donanması"nın bir hissəsi hesab etdiyi dəniz gəmilərinə qarşı sanksiyaları nəzərdə tutan fərman imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənəd prezidentin rəsmi saytında dərc edilib.

Siyahıya Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən 91 gəmi daxildir. Sənəddə sözügedən gəmilərdən yalnız biri rəsmən Rusiya Federasiyasına (RF) məxsusdur.

Zelenski müntəzəm olaraq Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın RF ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına, biznes strukturlarına qarşı sanksiyalar tətbiq edir.

Nazirliklər və qurumlar müvafiq siyahıları hazırlayır, təkliflər təqdim edir, daha sonra isə Ukrayna Təhlükəsizlik Şurası müvafiq qərarlar qəbul edir./Oxu.az


Telegram kanalımız
Избранный
17
4
yenisabah.az

6Источники