13 yaşlı moskvalı yeniyetmənin sidik kisəsinə müəmmalı şəkildə plastilin topası düşüb. Yad cismin ölçüsü kifayət qədər böyük olub — onu kivi meyvəsi ilə müqayisə etmək mümkündür.
AzPost xəbər verir ki, Moskovskiy Komsomolets nəşrinə Moskva Şəhər Səhiyyə Departamentindən verilən məlumata görə, yeniyetmə sidik ifrazı zamanı ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər sistoskop vasitəsilə sidik kisəsində plastilin aşkar ediblər.
Problemi aradan qaldırmaq üçün həkimlər sistotomiya əməliyyatı həyata keçiriblər. Sidik kisəsində kəsik aparılaraq plastilin parçası pinset vasitəsilə çıxarılıb.
Yeniyetməyə bu cür “oyunların” sağlamlıq üçün təhlükəli olduğu izah edilib.