Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində beş mülki şəxs yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə 13 fevralda bölgənin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Vilayət qubernatorunun sözlərinə görə, Ukrayna ordusunun pilotsuz təyyarəsi Volokonovski rayonunun Qruşevka kəndində bir avtomobili vurub, nəticədə sürücü bel nahiyəsindən kəsiklər, çiyinlərində çoxsaylı qəlpə yaraları və barotravma alıb. Zərərçəkən xəstəxanaya aparılıb.
Başqa bir hadisə Qraivoronski rayonunun Qora-Podol kəndində baş verib, burada bir kişi barotravma və dirsəyindən zədə alıb. Tibbi yardım aldıqdan sonra xəstəxanaya yerləşdirilməkdən imtina edib.
"Kəndin kənarında daha iki dron "Qazelle" mikroavtobusuna hücum edib. Üç nəfər yaralanıb. Ağır vəziyyətdə olan bir kişi Valuy Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur. Digər iki yaralı isə Volokonovski Mərkəzi Rayon Xəstəxanasına aparılıb", - Qladkov özünün Telegram kanalında yazıb.
QAZİLER.AZ