RU

“Orada meydança bərbaddır, “Qarabağ”ın oyunu Bakıya salınmalı idi”

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Orada meydança bərbaddır, “Qarabağ”ın oyunu Bakıya salınmalı idi”

"Meydançalarımız bərbad haldadır. Fevral ayında isə lap pis durumda olur".

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la görüşdən əvvəl sıx qrafiklə oynamasından danışan təcrübəli mütəxəssis bildirib ki, pis durumda olan meydançalar Ağdam klubuna əlavə çətinlik yaradır.

O qeyd edib ki, "Qarabağ"ın "İmişli" ilə Qubadakı oyununun yerinin dəyişdirilməsinin tərəfdarı idi:  “Qarabağ” Şamaxıda iki oyuna çıxdı. Sabah Qubada “İmişli” ilə oyunları var. Oradakı meydançanın vəziyyəti də çox pisdir. Məndən olsa, həmin oyun da Bakıya salınardı. Çünki “Qarabağ”ın “İmişli” ilə oyundan 4 gün sonra “Nyukasl”la matçı var. Nə dərəcədə vacib bir oyun olduğu da hər kəsə məlumdur. Bizdə meydançaların durumu elə deyil ki, futbolçular istirahət edə bilsin. Avropa ölkələri ilə özümüzü müqayisə edəndə bunu da nəzərə almaq lazımdır”. 

Quba stadionunun durumu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
qol.az

2Источники