RU

Bu il sizi soyacaqlar

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qızıl və gümüş bazarında sakitlik görüntüsü aldadıcı ola bilər. Qiymətli metalların son həftələrdəki kəskin enişindən sonra müşahidə olunan nisbi sabitlik investorları arxayınlaşdırsa da, ekspertlər bunun arxasında daha böyük risklərin dayandığını deyirlər. Qızıl və pul bazarları üzrə ekspert İslam Memiş 2026-cı ili “manipulyasiya ili” adlandıraraq xüsusilə riskli və borc vəsaiti ilə bazara daxil olanlara açıq xəbərdarlıq edib.Demokrat.az xəbər verir ki, ekspertin sözlərinə görə bu il əsas məqsəd qazanc əldə etmək deyil, mövcud kapitalı qorumaq olmalıdır. Qısa müddətdə yüksək gəlir əldə etmək həvəsi ilə hərəkət edənlərin ciddi itkilərlə üzləşə biləcəyini vurğulayan ekspert bazarda gözlənilməz və sərt dalğalanmaların davam edəcəyini bildirib. Gümüş bazarındakı son hadisəni nümunə göstərən Memiş qiymətlərin cəmi iki saat ərzində 10 faiz ucuzlaşdığını xatırladıb və rıçaqlı əməliyyatları açıq şəkildə riskli adlandırıb. O, 2026-cı il üçün mövqeyini belə ifadə edib:“2026-cı il manipulyasiya ilidir. İlin sonuna qədər hər ay bu manipulyasiya bazarına hazır olun. Sizi soyacaqlar. Bu il kreditlə iş görmək istəyənlər iflas olacaqlar"Ekspert fiziki qızıla sahib olanlara da ayrıca müraciət edib. Onun fikrincə, təcili nağd pula ehtiyac yoxdursa, qızıl satılmamalıdır və yalnız iri alış, məsələn, ev və ya avtomobil alışı zamanı dəyişdirilməsi məqsədəuyğun sayılır. Memiş bu yanaşmanı belə əsaslandırıb: “Qızıl və gümüş satılan əmtəə deyil, mübadilə edilən əmtəədir. Ev və ya avtomobil alacaqsınızsa, satıla bilər.”O hesab edir ki, ilin hər ayı maliyyə baxımından sürprizlərlə zəngin olacaq və investorlar emosional qərarlardan uzaq durmalıdır. Ekspertin qənaətinə görə, 2026-cı ildə ən düzgün strategiya aqressiv qazanc dalınca qaçmaq deyil, mövcud vəsaiti qorumaq və riskləri minimuma endirməkdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
132
demokrat.az

1Источники