RU

Qazaxıstana köçməyi planlaşdırırlar

Olay.az saytına istinadən ain.az xəbər verir.

Rusdilli internet-şou “Что было дальше?” (ÇBD) Qazaxıstana köçməyi planlaşdırır.

OLAY yazır ki, layihənin aparıcılarından biri, Rusiyadan deportasiya olunmuş stendap-komik Nurlan Saburovdur.

Rusiyanın Telegram kanalı Mash-ın məlumatına görə, bu qərara bir neçə amil təsir edib. Bunlar Rusiyada ÇBD brendinin əmtəə nişanı kimi qeydiyyata alınmasından imtina edilməsi, Nurlan Saburovun ölkəyə girişinin qadağan olunması və bəzi qonaqlar üçün yeni məkanın daha əlverişli olmasıdır.

Qeyd olunur ki, N.Saburovun deportasiyası layihənin Qazaxıstana köçməsi üçün son həlledici arqument olub. Şou komandası artıq Qazaxıstanda çəkilişləri sınaqdan keçirib. Pilot buraxılışlara Skriptonit və Aleksandr Zubarev qonaq qismində dəvət olunub. Sınaq çəkilişləri göstərib ki, seçilən lokasiya yeni imkanlar açır və şounun YouTube kanalı məhdudiyyətsiz monetizasiya olunur, çünki kanal Rusiyadan kənarda qeydiyyatdan keçib.

Xatırladaq ki, Rusiyada platformanın monetizasiyası Google-ın reklam xidmətlərini dayandırmasından sonra deaktiv edilib. Bu da sanksiya məhdudiyyətləri fonunda yerli kontent yaradıcılarının daxili reklamdan gəlir əldə etməsini mümkünsüz edib.

“Что было дальше?” — rusdilli yumoristik internet-şoudur. Proqramın mahiyyəti ondan ibarətdir ki, dörd komik məşhur bir şəxsin həyat hekayəsini dinləyir və onun sonluğunu təxmin etməyə çalışır. Şou zamanı tez-tez sataşmalar və qeyri-etik ifadələrdən istifadə olunur.

Qeyd edək ki, Nurlan Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub. Rusiya mediası bildirib ki, bu qərar “Rusiya Federasiyasının milli təhlükəsizliyi maraqları naminə” qəbul edilib. Qadağanın 30 yanvar tarixindən qüvvəyə mindiyi, səbəb kimi isə SVO-nun tənqidi, miqrasiya və vergi qanunvericiliyinin pozulması göstərilib.

Nurlan Saburov daha əvvəl Instagram Stories-də mövcud vəziyyəti şərh etmək niyyətində olmadığını bildirib və yaradıcılıq baxımından inkişaf imkanlarını məhz Rusiyada qazandığını vurğulayaraq ölkəyə təşəkkür edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
olay.az

1Источники