RU

“Barselona”nın müvəqqəti prezidenti VAR-a sərt etiraz etdi

“Barselona” futbol klubunda prezident səlahiyyətlərini müvəqqəti icra edən Rafa Yuste hakim qərarları ilə bağlı sərt açıqlama verib. O bildirib ki, bir epizod üzrə ofsayd qərarının verilməsi üçün səkkiz dəqiqə gözləmək qəbuledilməzdir və bu, futbolun nüfuzuna zərbə vurur.

İdman.Biz xəbər verir ki, R. Yuste bu barədə İspaniya KİV-ə açıqlamasında söyləyib.

O, baş verənləri “biabırçılıq” adlandıraraq klub rəhbərliyi adından məsələni diqqətsiz qoymayacaqlarını vurğulayıb.

Onun sözlərinə görə, belə halların təkrarlanmaması üçün rəsmi qurumlardan izahat tələb olunacaq.

Qeyd edək ki, söhbət VAR sisteminin uzun müddət davam edən araşdırmasından gedir. Müasir futbolda video-yardımçı hakim (VAR) sistemi mübahisəli epizodların daha dəqiq qiymətləndirilməsi üçün tətbiq olunsa da, qərarların həddindən artıq gecikməsi tez-tez narazılığa səbəb olur. Xüsusilə ofsayd epizodlarında xətlərin çəkilməsi və oyunçuların mövqelərinin santimetr dəqiqliyi ilə yoxlanılması prosesi vaxt apara bilir.

Yustenin açıqlaması futbol ictimaiyyətində hakim idarəçiliyi və VAR prosedurlarının səmərəliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Klubun yaxın günlərdə rəsmi şəkildə qurumlara müraciət edəcəyi gözlənilir.

İdman.Biz
Məqalədə:
Избранный
25
idman.biz

1Источники