RU

Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında ikinci yerə çıxıblar

Bakı, 13 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İradə Çeredelina və Sara Kərimova qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatında ikinci yeri tutublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif ediliblər.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan qadın güləşi üzrə U15 və U17 birinciliklərində 80-dən çox gənc idmançı iştirak edib.

Yarışda fərqlənən idmançıların gələcəkdə milli komandanın tərkibinə cəlb olunması və beynəlxalq yarışlarda ölkəmizi təmsil etməsi nəzərdə tutulur.

Избранный
12
3
azertag.az

4Источники