RU

Azərbaycan və Çin arasında birgə universitetin yaradılması imkanı müzakirə edilib

Elm və Təhsil Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində nazir müavini Həsən Həsənli ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüş keçirib. Görüşdə süni intellekt, ümumi və ali təhsil sahələrində yeni təşəbbüslər, həmçinin birgə universitetin yaradılması imkanları üzrə geniş fikir mübadiləsi aparılıb. 

XQ-yə verilən məlumata görə, səfər proqramı çərçivəsində nümayəndə heyəti Huawei şirkətinin baş ofisində də görüş keçirib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları, təhsilin idarəolunması üzrə innovativ həllər, süni intellekt, rəqəmsal transformasiya və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Huawei” nümayəndələri süni intellekt üzrə son texnoloji yeniliklər, qlobal layihələr, təhsil və elmi müəssisələrlə birgə laboratoriyaların yaradılması, kadr hazırlığı və bilik transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər.

Избранный
13
1
xalqqazeti.az

2Источники