RU

Hindistanda Nipah virusundan ikinci ölüm hadisəsi qeydə alındı

Hindistanda Nipah virusunun ikinci ölümcül hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.

Məlumata görə, 25 yaşlı tibb bacısı vəfat edib.

Bildirilir ki, qadın yanvar ayında işlədiyi xəstəxanada yoluxmuş bir xəstədən virusa tutulub. Təxminən bir ay komada qaldıqdan sonra vəziyyəti ağırlaşıb. NIPAM testi mənfi çıxsa da, ağciyər infeksiyası inkişaf edib və o, süni tənəffüs aparatına qoşulub. Qadın virusun yaratdığı ağırlaşmalardan ölüb, immun sistemi zəifləyib və ürəyi dayanıb.

Mütəxəssislər bildirir ki, Nipah virusu yarasalar və donuzlar kimi heyvanlardan insanlara keçə bilər. Virus tənəffüs sisteminə ciddi zərbə vurur, ensefalitə səbəb olur və təcili müalicə edilmədikdə ölüm riski 75%-ə çatır.

Aminə ŞAHSUVARQIZI

Избранный
119
redaktor.az

1Источники