RU

“Sabah” darmadağın etdi, Dambrauskas coşdu

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Sabah (Bakı) - Araz-Naxçıvan 4:1 (3:0)92. Stas Pokatilov (k) - 6,027. Timoteuş Puxaç - 6,540. İqor Noqeyra - 6,0(5. Rəhman Daşdəmirov, 76) - qiymətsiz3. Stiv Solvet - 6,580. Akim Zedadka - 6,013. İvan Lepinitsa - 6,07. Umarali Raxmonaliyev - 7,0(22. Zinedin Uld Xaled, 76) - qiymətsiz19. Aaron Maluda - 7,5(11. Kahim Parris, 88) - qiymətsiz46. Aleksey İsayev - 6,0(70. Cesse Sekidika, 69) - 4,521. Velko Simiç - 7,09. Xəyal Əliyev - 7,0(83. Stefen Ende, 76) - qiymətsizEhtiyat oyunçular55. Nicat Mehbalıyev94. Rəvan Mirzəmmədov17. Tellur Mütəllimov10. Anatoli Nuriyev2. Amin Seydiyev6. Abdulla XaybullayevBaş məşqçi: Valdas DambrauskasKomandanın ən yaxşısı: Aaron Maluda94. Tərlan Əhmədli - 4,55. Slavik Alxasov - 5,0(4. Rahil Məmmədov, 75) - 3,577. Bruno Franko - 4,53. Bəxtiyar Həsənalızadə (k) - 4,526. Ömər Buludov - 4,524. Mustafa Əhmədzadə - 5,0(29. Vanderson Melo, 69) - 3,56. Patrik Andrade - 5,57. Hamidu Keyta - 4,5(10. Felipe Santos, 58) - 5,08. Coşqun Diniyev - 5,0(19. Bar Kohen, 75) - 4,070. Şarl Boli - 4,511. Ba-Muaka Simakala - 4,5(16. Ramon Maçado, 58) - 4,0Ehtiyat oyunçular12. Kristian Avram14. Ülvi İsgəndərov23. Nuno RodrigesBaş məşqçi: Andrey DemçenkoKomandanın ən yaxşısı: Patrik Andrade Qollar: U.Raxmonaliyev, 7-p. (1:0). A.Maluda, 11 (2:0, U.Raxmonaliyev). X.Əliyev, 16 (3:0, V.Simiç). X.Əliyev, 68 (4:0, T.Puxaç). F.Santos, 86 (4:1, P.Andrade).Vərəqələr: B.Həsənalızadə, 37 (qeyri-idman hərəkəti). M.Əhmədzadə, 59 (qeyri-idman hərəkəti). S.Solvet, 66 (qeyri-idman hərəkəti). X.Əliyev, 71 (qeyri-idman hərəkəti). P.Andrade, 80 (qeyri-idman hərəkəti). Ö.Buludov, 82 (qeyri-idman hərəkəti) - sarı.Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev (hamısı Bakı).VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).VAR hakiminin köməkçisi: Emin Əliyev.Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).8 fevral. Bakı. “Bank Respublika Arena”. 951 tamaşaçı (8900 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,0.Ölkəmizə gələndən qələbəyə həsrət qalan Andrey Demçenko bu dəfə çempionatda qarşısıalınmaz görünən “Sabah”ın qonağı oldu. Ötən tur Mərdəkanda “Neftçi”dən 4 cavabsız top buraxan Muxtar Respublika təmsilçisi üçün bu oyunun daha çətin keçəcəyini təxmin etmək olardı. Təxminlərimizdə yanılmadıq.8-ci dəqiqədə Puxaçın ötürməsini qəbul edən Maluda cərimə meydançasında rəqib kapitan - Bəxtiyar ona qarşı kobud oynadığı üçün yerdə qaldı. Buna görə də baş hakim doğru olaraq penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Umarali isə hesabı açdı. 11-ci dəqiqədə 20 yaşlı vinger özü qol vurdu. Umaralinin uzaqdan çox baxımlı ötürməsindən sonra topu qəbul edən Aaron cinahda topu qəbul edib, cərimə meydançasına doğru driblinqlə irəlilədi, hər kəs ötürmə verəcəyini gözləsə də, o, zərbə endirdi və hesab arasındakı fərqi artırdı. Masazırlılar 16-cı dəqiqədə, demək olar ki, matçın taleyini həll edən qolu vurdu. Simiç meydanın mərkəzindən bir ötürmə ilə Xəyalı qapıçıyla üzbəüz qoydu. Gənc hücumçu isə topu qapıdan keçirməyi bacardı. Bundan sonra oyun elə davam etdi ki, sanki hesabda geridə olan “Sabah”dı. Dambrauskasın komandası hücumları sıralayırdı. 33-cü dəqiqədə ev sahibləri dördüncü qolu vura bilərdi. Amma Simiçin ötürməsindən sonra Aleksey topu qapıçının üstünə vurdu. 1 dəqiqə sonra Velko özü fərqlənə bilərdi. Lakin Zedadkanın asmasından sonra onun başla zərbəsi tirin üstündən keçdi. 36-cı dəqiqədə, nəhayət, Demçenkonun komandası rəqibin cərimə meydançasına yaxınlaşa bildi. Coşqunun ötürməsindən sonra Simakala akrobatik tullanışla zərbə endirməyə çalışdı, top heç ayağına oturmadı. 43-cü dəqiqədə Bəxtiyar baxımlı məhsuldar ötürmə ilə yadda qala bilərdi. Onun geridən ötürməsindən sonra Simakala zərbə vurmağa yubandı, top Patrikə gəldi, onun zərbəsini isə Zedadka boş qapıdan çıxardı. Amma hücum başa çatandan sonra yan xətt hakiminin də bayrağı havada idi. İlk hissədə başqa yaddaqalan epizod olmadı. İkinci yarıya isə qonaqlar təzyiqlə start verdi. Hətta penalti də qazandılar. Zedadkanın Boliyə qarşı kobud oynadığını düşünən referi penalti qərarı verdi. Lakin VAR-ın müdaxiləsindən sonra qərar dəyişdi. Zedadkaya göstərilmiş sarı vərəqə də ləğv olundu. 68-ci dəqiqədə “Sabah” çox baxımlı kombinasiyanı qolla tamamladı. Maludanun Puxaça, Puxaçın isə Xəyala ötürməsi qolla yekunlaşdı. Onsuz da ikinci hissədə temp çox aşağı idi, bu qoldan sonra bir qədər də düşdü. 81-ci dəqiqəyə qədər heç bir təhlükəli vəziyyət olmadı. “Neftçi” ilə oyunda olduğu kimi, yenə də Felipe meydana çıxandan sonra “Araz-Naxçıvan”da müəyyən qədər hərəkətlilik yarandı. 86-cı dəqiqədə braziliyalı futbolçu topu çempionatda ən az qol buraxan qapıçı Pokatilovun başı üzərindən aşıraraq qapıya göndərdi.Beləliklə, “Araz-Naxçıvan” ardıcıl 2 oyunda 4 qol buraxaraq qələbəsizlik seriyasını dördə çatdırdı. “Sabah” isə vahid lider kimi yoluna davam etdi.Gözdən qaçmadı// 1-ci hissə başa çatandan sonra Dambrauskas qaça-qaça paltardəyişmə otağına getdi.// Ən böyüklərinin 12-13 yaşı olan 7 “Sabah” azarkeşi özləri üçün ayrıca azarkeşlik edirdi, hətta amiqoları da var idi. // Demçenko Patrik Andradeyə rusca təlimatlar verirdi.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
79
1
icma.az

2Источники