RU

Valideynlər universitetlərə ÇAĞIRILA BİLƏR

Ajans.az-a danışan BDU-nun Jurnalistika fakültəsi müəllimi Mübariz Göyüşlü bildirib ki, tələbələr kifayət qədər yetkin və hüquqi baxımdan müstəqil şəxslərdir. Onlar öz həyatları və təhsilləri ilə bağlı müstəqil qərarlar qəbul edə bilirlər və bu baxımdan şagirdlərdən fərqlənirlər. O qeyd edib ki, valideynlərin universitet, fakültə və tələbənin müəllimləri ilə birbaşa ünsiyyətinin faydalı ola biləcəyi vurğulanır. Bəzi hallarda tələbələr öz vəziyyətlərini valideynlərinə tam şəkildə çatdıra bilməyə bilər. Eyni zamanda, müəllimlər tələbənin istedad və bacarıqlarını nəzərə alaraq valideynlə məlumat paylaşa və onu daha uyğun istiqamətlərə yönləndirə bilərlər. “Bu, cəzalandırma anlamında deyil, amma universitet, fakültə və müəllimlər, həmçinin fakültə ilə valideyn arasında interaktiv və canlı əlaqənin qurulması baxımından maraqlı ideyadır. Tələbələrin müstəqil olmalarına baxmayaraq, belə ünsiyyət onların təhsil prosesinə müsbət təsir göstərə bilər”, – deyə Mübariz Göyüşlü bildirib. Beləliklə, valideyn iclaslarının təşkili tələbələrin hüquqi müstəqilliyini pozmadan, onlara əlavə dəstək və universitetlə daha sıx əlaqə yaratmaq imkanı verə bilər.  

 

Избранный
104
Ajans.az

1Источники