RU

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet sənaye tərəfdaşlığı müzakirə edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.

Qeyd edilib ki, müasir texnoloji çağırışlar fonunda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq ölkəmizin müdafiə sənayesinin inkişafında mühüm rol oynayır.

Müzakirələr zamanı ali təhsil müəssisəsinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş məlumat verilib.

Tərəflər MSN ilə BDU arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və gənc tədqiqatçıların müdafiə sənayesi istiqamətində fəaliyyətə cəlb olunması, eləcə də tələbələrin istehsalat təcrübələrinin təşkili məsələlərini nəzərdən keçiriblər.

Görüşdə MSN tərəfindən icrası davam edən universitet-sənaye-dövlət əməkdaşlığı layihələrinə BDU-nun da qoşulması, gələcək fəaliyyət istiqamətləri üzrə əlaqələrin davam etdirilməsi, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
azertag.az

3Источники