ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun "Barselona" ilə ilk yarımfinal matçında (4:0) diqqət mərkəzində olub.
Fanat.Az "Marca"-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis kataloniyalıların ulduzu Lamin Yamala qarşı təhrikedici hərəkətlə yadda qalıb.
Hesab 3:0 olarkən nümayişkaranə şəkildə 18 yaşlı kataloniyalı vingerə üç barmağını qaldıraraq göstərib və bununla da komandasının üstünlüyünü vurğulayıb. Gənc futbolçu onun qıcıqlandırıcı hərəkətinə reaksiya verməməyə çalışıb.

Tərəflər arasında cavab matçı 3 martda "Barselona"nın stadionunda keçiriləcək. "Blaugrana" doğma azarkeşləri önündə rəqibindən qisas almağa çalışacaq.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.