RU

Zelenski Almaniyaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Müxhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Teleqram” kanalında məlumat verib.

Bildirilib ki, tədbir çərçivəsində dövlət başçısı dron istehsalı üzrə Ukrayna-Almaniya müəssisəsini ziyarət edəcək.

Qeyd edək ki, 62-ci Münxen Təhlükəsizlik Konfransı 13-15 fevral 2026-cı il tarixlərində keçiriləcək. Təşkilatçılar təxminən 120 ölkədən 200 hökumət nümayəndəsinin, o cümlədən 60-a yaxın dövlət və hökumət başçısının, 56 xarici işlər nazirinin və 30-dan çox müdafiə qurumunun rəhbərinin, eləcə də 40-dan çox beynəlxalq təşkilatın rəhbərinin iştirakını gözləyirlər.

Daşqın HəsənovMissiya.Az

Избранный
153
missiya.az

1Источники