RU

Ukrayna və Rusiya gələn həftə müharibəni bitirə bilər – Yeni SSENARİ

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüş gələn həftə Mayami və ya Abu-Dabidə keçiriləcək.

KONKRET.az xəbər verir ki, ABŞ rəsmiləri görüşdə mühüm addımların atıla biləcəyini açıqlayıblar.

Əsas problem ərazi məsələsidir: ABŞ təhlükəsizlik zəmanətləri razılaşmasını yalnız Kiyev və Moskva müharibəni dayandırmaq barədə ortaq razılığa gəldikdən sonra bağlamaq istəyir.

Rusiya Donbasdan Ukrayna qüvvələrinin çıxarılmasını tələb edir, Kiyev isə buna razı deyil, ona görə də, sülh prosesi dayanıb.

Keçən həftə tərəflər atəşkəs və demilitarizasiya zonası ilə bağlı ümumi razılığa gəlsələr də, əsas mübahisəli mövzular, ərazilər və Qərb qoşunlarının iştirakı hələ həll olunmayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
22
1
konkret.az

2Источники