Azərbaycan Hindistanı “Harop” PUA-nın texnologiyasını Ermənistana ötürməkdə ittiham edir.
“Yeni Sabah” Jerusalem Post-a istinadla xəbər verir ki, Azərbaycan həm də İsrailə “dərin narazılığını” bildirib.
Bu, Ermənistan istehsalı olan və “IAI Harop”a bənzəyən intiharçı PUA ilə bağlıdır.
Anonim müdafiə sənayesi mənbəyi bildirib ki, Ermənistanın “Davaro” şirkətinin istehsalı olan “Dragonfly 3” PUA-sı üçün texnoloji bilikləri, ehtimal ki, İrəvana Hindistan çatırıb. Hindistan “Harop”u texnologiya transferi ilə hazırlayır.
Regional ekspertlər və rəsmilər bu məsələyə şübhə ilə yanaşır. Onların fikrincə, İsrailin ən vacib strateji tərəfdaşlıqlarından birini pozmaq istəyi inandırıcı deyil.
Yeri gəlmişkən, “Israel Aerospace Industries”in məhsulu olan “Harop” 2020-ci ilin Qarabağ müharibəsi zamanı geniş istifadə olunub. O, Hindistan da daxil olmaqla, bir neçə ordunun xidmətindədir.
Telegram kanalımız