RU

Vətən xainlərinin cinayət əməllərinin yeni detalları açıqlandı TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın uğurlarından narahat olan xarici və daxili qüvvələr müxtəlif vaxtlarda müxtəlif formalardan istifadə etməklə möhtəşəm uğurları dağıtmağa ümid ediblər. Xüsusilə də dağıdıcı müxalifətdən və hakimiyyətdə olmuş bəzi şəxslərdən istifadə etməklə dövlət çevrilişi etməyə cəhd ediblər. Ancaq onların məkrli niyyətləri baş tutmadı və dövlət çevrilişi planlaşdıranlar ifşa edilərək həbs edildilər. Həbs edilənlər sırasında Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müşaviri Məmməd İbrahim və digərləri var. Fevralın 12-də Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Bütün bu kimi faktlarla təsdiq olunur ki, Ramiz Mehdiyevin dəstəsinin əsas fəalları Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov (vəfat edib), Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, Məmməd İbrahim və Eldar Əmirovdur. Bundan başqa, DTX tərəfindən yayımlanmış siyahıdan məlum olur ki, proseslərin maliyyələşdirilməsi məqsədi ilə Rusiyadan Azərbaycana Eltac Əhməd oğlu Əlisoy, Müşfiq İbrahim oğlu Qazıyev, Müşfiq Əzizalı oğlu Əsgərov, İbrahim Çərkəz oğlu Məcidov, Elməddin Əziz oğlu İsmayılov, Əli Əliağa oğlu Cavadov, Cavanşir Nusrəddin oğlu Abuşov, Mehman Cavanşir oğlu Abuşov və Qərib Mehdi oğlu Nəbiyev böyük məbləğdə pullar göndəriblər. Sözügedən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Qənimət Zayidovun satqınlığı birinci hal deyil

Araşdırmalarla, eləcə də DTX-nin ictimaiyyət üçün açıqladığı məlumatdan aydın olur ki, Ramiz Mehdiyev mütəmadi olaraq Rusiya Elmlər Akademiyasının əmkdaşı Lyudimila Afanesevlə telefon danışıqları aparıb. Hansı ki, sözügedən qadın Rusiya xüsusi xidmət orqanının ştatlı zabitidir. Sadəcə əyninə elm qiyafəsi geyinib özünü elm ocağının eksperti kimi göstərir. R.Mehdiyev onunla məsləhətləşmələr aparır, yeni təlimatlar əldə edir və çirkli planların həyata keçirilməsində iştirak edən şəxslərə nə qədər pulların çatdırılması məsələsinə aydınlıq gətirilir. Bəzi hallarda xaricdə oturub Əli Kərimlinin sözçüsü rolunda çıxış edən Qənimət Zayidov da Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, onlardan müəyyən təlimatlar alıb. Hansı ki, bu şəxs zamanında fars-molla rejiminin terror maşını olan “ETELLAT”-la əlaqələr yaratmış və bununla bağlı etiraflar da etmişdir. Sonradan Fransanın ermənipərəst dairələri ilə münasibətlər qurararq əqidəsini və xislətini dəyişməli olmuşdur. Satılmağa adətkar olan Qənimət Zayidov hələ 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin tapşırıqları əsasında xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmışdır. Müzakirələrin əsas məğzini istənilən tapşırıqlar qarşılığında pullar istənilmiş və Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində onlardan dəstək xahiş etmişdir. Hətta onun Rusiya xüsusi xidmət orqanının zabiti ilə telefon danışığında ( Həmin telefon danışığının səs yazısı sosial şəbəkələrdə yayımlanıb. İ.Ə.) yalvardığı görünür. Məxluq yalvarış səslə xahiş edir ki, onlara kömək edilsin, vəd də verir ki, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikası mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacaq.

Bu və digər təxribatların əsas rol almasında o zaman Kremlin sifarişi əsasında Ramiz Mehdiyevə, Əli Kərimliyə və digərlərinə dəstək üçün yaradılan “Milyarderlər İttifaqı”nın üzvləri xüsusi fəallıq göstəriblər. “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.

Məlum olmuşdur ki, qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilib

Tapşırıqların mərkəzində Abbas Abbasov və Ramiz Mehdiyev dayanıblar

Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı açıqladığı məlumatdan aydın olur ki, vətən xainləri ölkə ərazisində təxribatlar, qarşıdurmalar törətmək üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinməyiblər. Belə ki, Əli Kərimli ortaq dostları ilə baqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

Məlumdur ki, o zaman təxribata cəhd olundu. Milli Məclisin içərisinə daxil olan bir neçə AXCP və Milli Şuranın təxribatçı ünsürü dövlət binasının stol və stullarını , pəncərələrinin sındırdılar. Ancaq hüquq-mühafizə orqanları vaxtında lazımı tədbirlər görərək təxribatçıları zərərsizləşdirdi. Bunla da Əli Kərimlinin, Abbas Abbasovun, Ramiz Mehdiyevin və digərlərinin məkrli planlarının genişlənməsinin qarşısı alındı.

Evindən 17 milyon manatdan artıq pul vəsaiti aşkarlanaraq götürüldü

Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim etmiş, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Təbii ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir. Başlıca məqam isə ondan ibarətdir ki, cinayətin təşkilatçıları və onların icraçıları ifşa olunublar. Onlar iş üzrə cinayət əməllərini etiraf edəcəkləri şübhəsizdir. Artıq AXCP sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman ona verilən tapşırıqlardan danışıb.Etiraf edib ki, yürüş zamanı Əli Kərimli ona və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.

İLHAM ƏLİYEV

P.S. Növbəti sayımızdan başlayaraq “Ziyalılar Formu”nun vətən xainləri ilə işbirliy və onların qarşısına hansı vəzifələrin qoyulması haqqında yazılar dərc olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
18
sesqazeti.az

10Источники