Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların sosial hüquqlarının daha effektiv qorunması prioritet məsələlərdən biridir”.
Gununsesi.infobildirir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Vüqar Bayramov deyib:
“Bu istiqamət bütövlükdə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas xəttini təşkil edir.
Hazırda ölkədə 600 minə yaxın uşaq aylıq sosial ödənişlə təmin olunur. Bu rəqəmə əlilliyi olan uşaqlar, ailə başçısını itirənlər, aztəminatlı ailələrin övladları, hərbi qulluqçuların uşaqları və digər kateqoriyalar daxildir.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə aylıq sosial yardım alan uşaqların sayı 565 min nəfər idi. Son illərdə bu göstəricidə artım müşahidə olunur ki, bu da sosial müdafiə siyasətinin əhatə dairəsinin genişləndirildiyini göstərir”.
Deputat qeyd edib ki, uşaqların hüquqlarının qorunması baxımından mühüm məsələlərdən biri də inklüzivliyin gücləndirilməsidir:
“Qanun layihəsində və beynəlxalq prinsiplərdə uşaqların, xüsusilə əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv mühitin formalaşdırılması vacib istiqamət kimi qeyd olunur.
Rəsmi statistikaya əsasən, ölkədə fəaliyyət göstərən 4 282 məktəbin yalnız 1 346-da inklüziv və inteqrasiya təlimli siniflər mövcuddur. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində təhsil alması, onlar üçün uyğun infrastrukturun yaradılması və birgə təhsil mühitinin formalaşdırılması daha effektiv nəticələr verir. Bu baxımdan qanun layihəsinin inklüzivliyin genişləndirilməsinə əlavə imkanlar yaradacağı gözlənilir”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.