“Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarla qurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyə yalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsi qazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir bu təsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığının beynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir. Bu etimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalar üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşma sahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələr artıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm də texnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanın qlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqli sürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsal transformasiyanın institusional və normativ tərəflərinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu isə Azərbaycanın texnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığını göstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr, aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsində müəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, daha geniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialına malikdir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта