RU

Fazil Mustafa: Bələdiyyələr qəbristanlığı idarə etmək istəmir, çünki...

“Əvvəllər biz bələdiyyələrlə bağlı danışanda, onlara icra hakimiyyətlərin təsiri, mane olmasını qabardırdıq. Amma indi faktiki olaraq icra hakimiyyətləri də yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum olublar”.

Ölkə.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib. 

“Mənə elə gəlir ki, biz yerlərdə idarəetmə modeli tapana qədər, ya bələdiyyələtrin statusunu  genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayrımaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, - deputat bildirib.

Deputat həmçinin əlavə edib ki, qəbiristanlıqları idarəetməsi bələdiyyələrə verilməsi nəzərdə tutulsa da, bələdiyyələr bunu istəmir. "Çünki onu saxlamaq üçün imkanları yoxdur. Ona görə də biz bələdiyyələrin maddi imkanlarının artırılması yollarını aramalıyıq. Ötən ilə cəmi 4 bələdiyyənin müəssisə yaradıb ki, bu da çox azdır",-o qeyd edib.

Mürtəza

Избранный
45
1
olke.az

2Источники