ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu gün güc yalnız resurslarla ölçülmür – güc artıq məlumatın sürəti, qərarların çevikliyi və süni intellektin imkanları ilə müəyyən olunur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə məhz bu həqiqətin ən aydın ifadəsi oldu. Bu müşavirə sadəcə bir iclas deyil, Azərbaycanın gələcək onilliklərinin yol xəritəsinin elanıdır. Bu gün dünya yeni iqtisadi transformasiya mərhələsinə daxil olub. Neft, qaz, ənənəvi sənayesi iqtisadiyyatın ana xəttini təşkil etsə də, lakin artıq qlobal rəqabətin əsas meydanı rəqəmsal iqtisadiyyatdır. Süni intellekt, böyük məlumatlar, data mərkəzləri və rəqəmsal infrastruktur XXI əsrin “strateji resursları”na çevrilib. Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan bu reallığı vaxtında dərk edən ölkələr sırasındadır”.
Bunu 525.az-a millət vəkili Müşfiq Məmmədli deyib.
O qeyd edib ki, süni intellekt, böyük məlumatlar, data mərkəzləri və rəqəmsal infrastruktur XXI əsrin “strateji resursları”na çevrilib. Azərbaycan bu reallığı vaxtında dərk edən ölkələr sırasındadır:
"İqtisadiyyatın yeni formaya transformasiyası artıq seçim deyil, zərurətdir. Rəqəmsallaşma istehsalın sürətini artırır, idarəetməni optimallaşdırır, xərcləri azaldır və innovasiyaları sürətləndirir. Süni intellekt isə bu prosesin “mühərriki”dir. Azərbaycan üçün bu istiqamət yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi suverenliyin yeni mərhələsidir. Data mərkəzləri və rəqəmsal infrastruktura yatırılan investisiyalar ölkəni regionun texnoloji qovşağına çevirə bilər. Rəqəmsal dövlət modeli və süni intellekt idarəetmədə keyfiyyət sıçrayışı deməkdir. Elektron xidmətlər, məlumatların vahid platformalarda birləşdirilməsi, qərarların real vaxt rejimində qəbul edilməsi bütün bunlar dövlətin vətəndaşa daha yaxın olması deməkdir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.