RU

Bələdiyyələrin qanunsuz olaraq 5 min hektardan çox verdiyi torpaq geri alınıb - Nazir müavini

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Azreform.info xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci  il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. 

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”, - deyə Toğrul Hüseynov qeyd edib.
Nazir müavini onu da bildirib ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib: ."2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub”.

Mürtəza

Избранный
23
8
azreform.info

10Источники