RU

Arda Güler susqunluğunu pozdu: Kədərlə İZLƏDİM...

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Real Madrid-in yarımmüdafiəçisi Arda Güler komanda daxilində psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az-ın məlumatına görə, gənc futbolçu sosial şəbəkə hesabında paylaşım edərək iddiaları təkzib edib. O, karyerasının əvvəlində mühüm rol oynamış skaut Serhat Pekmezci-nin son açıqlamalarını təəssüf hissi ilə izlədiyini qeyd edib. Pekmezci daha əvvəl bəzi oyunçuların Ardanı komandada qəbul etmədiyini iddia etmişdi.

Güler vurğulayıb ki, Madrid klubuna gəldiyi ilk gündən isti münasibətlə qarşılanıb və bu kollektivi hər zaman ailə kimi görüb. "Real"ın formasını daşımaqdan qürur duyduğunu bildirən futbolçu, klubun emblemini uzun illər qorumaq istədiyini də əlavə edib.

O, komandada sağlam atmosferin olduğunu, bütün komanda yoldaşları ilə birlikdə oynamaqdan məmnun qaldığını bildirib və ictimaiyyəti bu mövzuda yayılan şərhlərə əhəmiyyət verməməyə çağırıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
news.milli.az

2Источники