RU

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndə heyətiERMƏNİSTANA GEDİB

Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

 

Senzor.az "Armenian Council"a istinadən bildirir ki, dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcəklər.

 

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.

 

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.

 

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir:


1. Fərhad Məmmədov — Koordinator, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

2. Rusif Hüseynov — Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktoru

3. Kəmalə Məmmədova — 1news.az internet portalının baş redaktoru

4. Ramil İskəndərli — Milli QHT Forumu İdarə Heyətinin sədri

5. Fuad Abdullayev — Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

6. Könül Bədəlova — İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

7. Zaur Şiriyev — Karneqi Rusiya Avrasiya Mərkəzinin qeyri-rezident eksperti

8. Murad Muradov — Topçubaşov Mərkəzinin həmtəsisçisi, direktor müavini

9. Aytən Qəhrəman — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri

10. Rauf Ağamirzəyev — Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında İctimai Şuranın üzvü

11. Gülbəniz Qənbərova — Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin sədri

12. Nəzrin Əliyeva — İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyi

13. Eldar Həmzəli – tədqiqatçı

14. Sənan Rzayev — CBC televiziya kanalının aparıcısı

15. Gülşən Axundova — Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri

16. Emin Əliyev — Trend BİA-nın baş redaktoru

17. Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

18. İlyas Hüseynov – Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

19. Fuad Ağamalıyev – CBC mühəndis-texniki departamentinin direktoru

 

Ermənistan tərəfindən isə dəyirmi masada qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edəcək.


Избранный
40
senzor.az

1Источники