RU

Pekinlə gərginlik dərinləşir

Yaponiya hakimiyyəti eksklüziv iqtisadi zonasında, Naqasaki prefekturası yaxınlığında yoxlama əmrinə tabe olmayan Çin balıqçı gəmisini ələ keçirib. 

“Cebheinfo.az” xəbər verir ki, gəminin 47 yaşlı kapitanı da daxil olmaqla 11 nəfər heyəti olub və kapitan həbs edilib. 

Bu, 2022-ci ildən bəri Çin balıqçı qayığının ilk dəfə saxlanılmasıdır. Çin tərəfi hələlik rəsmi reaksiya verməyib. Hadisə Yaponiya ilə Çin arasında, xüsusilə Tayvan məsələsinə görə artan siyasi gərginlik fonunda baş verib. 

Çin Xarici İşlər Nazirliyi əvvəllər Tokionu “odla oynamaqda” ittiham etmişdi. Son aylarda iki ölkə arasında diplomatik və iqtisadi münasibətlərdə soyuqluq müşahidə olunur. 

Избранный
6
1
cebheinfo.az

2Источники