RU

Osimhen La Liqada çıxış edə bilər

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə "Atletiko Madrid" yaxından maraqlanır.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, La Liqa təmsilçisi baş məşqçisi Dieqo Simeonenin çox istədiyi Nigeriya millisinin üzvü üçün "sarı-qırmızılılar"ın qapısını döyəcək.

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 15 qol və 1 assistlə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

“Arsenal”da ciddi itki

“Milan” futbolçusunu “Bornmut”a satıb - RƏSMİ

FİFA Türkiyə klubunu cəzalandırdı - 12 xalı silindi

"Trabzonspor" - "Fənərbaxça" matçının hakimi bəlli oldu

Tomas Tuxel daha iki İngiltərə millisində - RƏSMİ

Избранный
30
1
apasport.az

2Источники