RU

ABŞ-də universitetdə ATIŞMA: HƏLAK OLANLAR VAR

Ajans.az xəbər verir ki, bu barədə Reuters məlumat verib. Məlumata əsasən, fevralın 12-si axşam saatlarında Cənubi Karolina Dövlət Universitetinin yataqxana binasında atəş açılıb. Nəticədə iki nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Hadisənin yerli vaxtla təxminən saat 21:15-də (Bakı vaxtı ilə 06:15) baş verdiyi bildirilir.

Universitet rəhbərliyi hələlik həlak olanların şəxsiyyəti və yaralanan şəxsin vəziyyəti ilə bağlı rəsmi açıqlama verməyib. Faktla bağlı araşdırma aparılır.

Избранный
15
Ajans.az

1Источники