RU

ABŞ və müttəfiqlərindən güc nümayişi: 1500 hədəfin eyni vaxtda vurulması məşq edilir

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ və onun Avropadakı NATO müttəfiqləri “Dynamic Front” təlimlərinin gedişində şərti düşmənin 1500 hədəfinə eyni vaxtda atəş açmağı məşq edirlər.

AZƏRTAC xəbər verir ki, “Defense One” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, təlimlərdə, həmçinin gün ərzində 1200 ballistik raketin zərərsizləşdirilməsi imkanları öyrənilir.

Manevrlər NATO ölkələrinin silahlı qüvvələrindəki zəif cəhətləri müəyyən etmək üçün nəzərdə tutulub. ABŞ ordusu həmçinin düşmənin elektron müharibə sistemlərini aşkar etmək və saxta hədəflər yaratmaq üçün dronlardan kütləvi istifadəni də nəzərdən keçirir.

Qeyd edək ki, 26 yanvar - 13 fevral tarixləri arasında keçirilən “Dynamic Front” təlimləri bəzi Avropa ölkələrini əhatə edir. Manevrlər zamanı hərbi qulluqçular döyüş əməliyyatlarının uzaqdan aparıla biləcəyi müasir müharibəni məşq edirlər.

Избранный
14
2
azertag.az

3Источники