RU

Kəlbəcərə 40 santimetrədək qar yağdı - FOTO/VİDEO

İki gün ərzində Kəlbəcərə yağan qar şəhər ərazisində bəzi yerlərdə 30-40 sm təşkil edib. Hazırda Kəlbəcər rayonu ərazisində yağıntı müşahidə olunmur.


Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Manset.az-a verilən məlumata görə, əsas avtomobil yollarında qar örtüyünün qalınlığı 1-3 sm təşkil edir.

"Cari saata olan məlumata əsasən havanın temperaturu +3°C-dir. Günün ikinci yarısında temperaturun +8°C-dək yüksələcəyi proqnozlaşdırılır".

Yağan qar kəlbəcərli uşaqların ürəyincədir. Onlar qarlı yollarda xizək yarışı keçirir


Избранный
88
8
manset.az

10Источники