RU

Əmri verildi - ABŞ ikinci təyyarədaşıyan gəmini İran sahilinə göndərir...



İran ətrafında hadisələri yaxından izləyən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərqdə hərbi gücünü artırmaq üçün yeni bir addım atdığı iddia edilir.

“Wall Street Journal” qəzetinə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, Pentaqon ikinci təyyarədaşıyan gəmiyə İrana mümkün hücuma hazırlaşmaq əmri verib.

Regionda gərginliyin artdığı bir vaxtda verilən bu qərarın vaxtı diqqət çəkir. Qeyd edilir ki, ABŞ müttəfiqlərini dəstəkləmək və bölgədə təhlükəsizliyi təmin etmək üçün hərbi mövcudluğunu gücləndirir.

Rəsmilərdən biri qərar veriləcəyi təqdirdə Pentaqonun iki həftə ərzində ABŞ-ın Şərq sahillərindən USS George H.W. Bush təyyarədaşıyan gəmisini bölgəyə göndərə biləcəyini iddia edib.

TAHİR

Избранный
15
baki-xeber.com

1Источники