RU

Bu hava limanında uçuşlar LƏĞV OLUNDU

Ajans.az xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat verib. Fevralın 13-də Moskva şəhərinin əsas hava limanlarında reyslərin icrasında ciddi gecikmələr qeydə alınıb. Vnukovo hava limanında 21 təyyarə havaya qalxa bilməyib, daha 10 reys üzrə isə sərnişinlərin minik prosesi baş tutmayıb. Şeremetyevo hava limanında 12 uçuş və 18 gəliş təxirə salınıb. Domodedovo hava limanında isə 12 reys gecikib, daha yeddi təyyarə eniş edə bilməyib.

Məlumata görə, gecikmələrə səbəb bölgədə müşahidə olunan əlverişsiz hava şəraitidir. Sərnişinlərə reyslərinin statusunu əvvəlcədən yoxlamaq tövsiyə olunur.

Избранный
114
Ajans.az

1Источники