RU

Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib

Rusiyanın xarici dövlət borcu, yəni, hökumətin xarici kreditorlar qarşısında öhdəlikləri 1 fevral tarixinə görə 61,9 milyard dollara çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Bu rəqəm 2006-cı ildən bəri ilk dəfə 60 milyard dolları keçib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın 2026-cı ilin əvvəlində ümumi xarici borcu 319,8 milyard dollar olub. Son bir ildə bu, 10,4% və ya 30 milyard dollar artıb.

RBK bildirir ki, tənzimləyici xarici borcun artımını rublun möhkəmlənməsi fonunda öhdəliklərin yenidən qiymətləndirilməsi, eləcə də borc maliyyələşdirməsinin cəlb edilməsi ilə əlaqələndirir.

Избранный
12
4
apa.az

5Источники