RU

Hava proqnozunda yeni mərhələ: kosmosdan izlənəcək

Avropanın üzərində 36 min kilometr yüksəklikdə yerləşən MTG-S1 peyki 15 dekabr 2025-ci ildə hər 30 dəqiqədən bir temperatur və rütubət göstəricilərini qeydə alıb.

ONN media xəbər verir ki, bu məlumatlar Yer səthi və atmosfer proseslərinin real vaxt rejimində izlənməsinə imkan yaradır.
İnfraqırmızı kanallar vasitəsilə hazırlanan xəritələrdə qırmızı rəng isti torpaq və səthi, mavi rəng isə soyuq bulud kütlələrini göstərir. Bu fərqləndirmə sinoptiklərə buludların hündürlüyünü və intensivliyini daha dəqiq təyin etməyə şərait yaradır.
Rütubət xəritəsində isə mavi yüksək rütubəti, qırmızı aşağı rütubəti ifadə edir. Bu göstəricilər xüsusilə sürətlə formalaşan siklon və tufanların erkən mərhələdə aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır.
MTG-S1-in hiperspektral cihazı interferometriya üsulu ilə temperaturu, rütubəti, küləyi və iz qazlarını ölçərək atmosferin üçölçülü modelini yaradır. Bu isə hava proqnozlarının dəqiqliyini artırır və ekstremal hava hadisələri ilə bağlı risklərin əvvəlcədən qiymətləndirilməsinə imkan verir.

Избранный
10
1
onn.az

2Источники