RU

Günay Ağamalıdan atası barədə duyğusal YAZI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Deputat Günay Ağamalı mərhum atası Fəzail Ağamalının vəfatı ilə bağlı ona başsağlığı verən hər kəsə təşəkkür edib.

"Cebheinfo.az" xəbər verir ki, deputat sosial şəbəkə hesabında yazıb:

“Atam, ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbəri eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

İnsanın həyatda qazandığı ən böyük sərvət onun ətrafında olan səmimi münasibətlər, dostluq və hörmətdir. Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün təsəlli oldu. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, silahdaşlarımızın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir".

Millət vəkili vida və yas mərasimlərində iştirak edənlərə əşəkükr edib:

"Atamın xatirəsi bizim üçün ailə dəyəri olmaqla yanaşı, həm də bir həyat məktəbidir. Fəzail Ağamalı bizim üçün əqidə, mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir.

Yanımızda olan hər kəsə bir daha təşəkkür edir, dualarınızı əsirgəmədiyiniz üçün minnətdarlığımı ifadə edirəm. Fəzail Ağamalının xatirəsi onu sevənlərin qəlbində hər zaman yaşayacaq.

Əziz Atam məkanın cənət, ruhun şad olsun!

Sənə sonsuz sevgi və ehtiramla

Canından çox sevdiyin qızın Günay".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
88
1
cebheinfo.az

2Источники