RU

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti mərhələyə yüksəliblər.

Rauf Məmmədov - Şiroğlan Talıbov və Xaqan Əhməd - Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala vəsiqə qazanıblar. Gövhər Beydullayeva - Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Azərbaycan çempionatında partiyalar hər gün, saat 15-00-da başlayır.

Избранный
10
9
far.az

10Источники